Azərbaycan əhalisi pullarını hansı məhsullara xərcləyir?

Azərbaycan əhalisi pullarını hansı məhsullara xərcləyir?
  24 Noyabr 2020    Oxunub:1129
Azərbaycan əhalisinin vəsaitlərini əsasən hansı məhsulların alınmasına xərclədiyi məlum olub.
Azvision.az -ın məlumatına görə, 2020-ci ilin yanvar-oktyabr aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,7 faizi ərzaq məhsullarının, 5,1 faizi içkilər və tütün məmulatlarının, 16,1 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,6 faizi elektrik malları və mebellərin, 5,4 faizi avtomobil benzini və dizel yanacağının, 1,7 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,6 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Ümumilikdə qeyd olunan müddət ərzində pərakəndə ticarət şəbəkəsində istehlakçılara 31 milyard 663,2 milyon manatlıq məhsul satılıb.

Azvision.az


Teqlər: Məhsul  





Xəbər lenti