BMT Qarabağda Rusiya ilə işləməyə hazırdır

 BMT Qarabağda Rusiya ilə işləməyə hazırdır
  24 Noyabr 2020    Oxunub:2375
“BMT Dağlıq Qarabağda humanitar ehtiyacları qiymətləndirmək üçün Rusiya ilə birlikdə işləməyə hazırdır”.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bunu BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib..

“Rusiyanın sorğusuna cavab olaraq Baş katib təsdiq edib ki, mümkün olduğu zaman Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) və BMT-nin digər ofisləri bölgədəki humanitar ehtiyacları tam şəkildə anlamaq, Dağlıq Qarabağ və ətraf ərazilərdə ilkin müstəqil qiymətləndirmə aparmaq üçün əməkdaşlıq və yerlərdə birgə fəaliyyət imkanlarını müzakirə etməyə hazırdırlar”, - deyə S.Düjarrik qeyd edib.

Azvision.az


Teqlər: BMT   Qarabağ   Rusiya  





Xəbər lenti