Fransada son sutkada 13 mindən çox yoluxma aşkarlandı

Fransada son sutkada 13 mindən çox yoluxma aşkarlandı
  24 Noyabr 2020    Oxunub:1534
Fransada son sutka ərzində 13 min 157 nəfər koronavirusa yoluxub, 215 pasiyent dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə Fransa Səhiyyə İdarəsi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda xəstəxanalara 906 nəfər gətirilib. Onlardan 171-i reanimasiya şöbələrinə yerləşdirilib. Bununla da xəstəxanalarda müalicə alan xəstələrin ümumi sayı 31 min 522, reanimasiya şöbələrində olanların sayı isə 4509-a çatıb.

Fransada epidemiya başlayandan 2 milyon 140 min 208 yoluxma, 48 min 732 ölüm faktı qeydə alınıb.

Azvision.az


Teqlər: Fransa   Koronavirus  





Xəbər lenti