Koronavirusa yoluxanların sayı 59 milyonu keçdi

 Koronavirusa yoluxanların sayı 59 milyonu keçdi
  24 Noyabr 2020    Oxunub:1547
Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 59 milyon 515 min 380 nəfərə çatıb.
Azvision.az "Worldometers" saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 402 min 32 nəfərdir. İndiyədək 41 milyon 157 min 160 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 216 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti