Tramp hakimiyyəti Baydenə təhvil verməyə başlayır

 Tramp hakimiyyəti Baydenə təhvil verməyə başlayır
  24 Noyabr 2020    Oxunub:1402
ABŞ Prezidenti Donald Tramp hakimiyyətin Cozef Baydenə təhvil verilməsi üçün ümumi xidmətlər idarəsinə (GSA) göstəriş verib.
Azvision.az xəbər verir ki, bu barədə Tramp “Twitter” səhifəsində yazıb.

“Bizim işimiz yaxşı irəliləyir, davamlı mübarizə aparacağıq, əminəm ki, qalib gələcəyik. Bununla birlikdə, ölkəmizin mənafeyi naminə, Emili Merfi (GSA rəhbəri – red) və onun komandasına protokollarla əlaqədar lazım olan hər şeyi həyata keçirmələrini tövsiyə edirəm. Mən komandama da bunu etməsini söylədim”.

Tramp hakimiyyətin ötürülməsi üçün rəsmi prosedurların başlamasına icazə versə də, seçkilərdə məğlubiyyətini yenə etiraf etməyib.

Baydenin qərargahı da məsələnin nəhayət həll olunduğunu bəyan edib.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri 3 noyabrda keçirilib, lakin yekun nəticələr hələ açıqlanmayıb. Artıq bir sıra dünya liderləri Baydeni dövlət başçısı seçilməsi münasibətilə təbrik edib. Yeni prezident 2021-ci il yanvarın 20-də and içəcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: CozefBayden  





Xəbər lenti