ÜST: Bu dərmanların satışı qadağan olunmalıdır!

  ÜST:  Bu dərmanların satışı qadağan olunmalıdır!
  24 Noyabr 2020    Oxunub:2707
Azərbaycanda antimikrob dərmanların apteklərdə əhaliyə sərbəst satışı qadağan olunmalıdır. Bununla bağlı dövlət qurumları lazımi dəstək verməlidir.
Azvision.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. Onun sözlərinə görə, insanlara istifadə etməyin demək başqa, bu preparatlara əl çatanlığını azaltmaq başqadır.

“İnsanların antoibotiklərə qarşı davamlılığı ölçülməlidir. Bunun üçün Azərbaycanın lazımi laboratoriyaları var. Həmçinin, maarifləndirmə də olmalıdır”.

H.Harmancının fikrincə, COVID xəstəliyi insanları elə qorxudub ki, ondan qorunmaq üçün nəsə etməyə çalışırlar.

“Həkimlər də bunların içərisinə daxildir. Çünki onlar nəyin yararlı olub-olmadığını bilmirlər. Hər bir dərmanın əks təsiri var. Bəzi dərmanların daha az, bəzilərinin daha çox. Faydası əks təsir riskindən daha çox olarsa, həkimlər onu xəstələrə verir. Əgər faydası yoxdursa, dərman alınmamalıdır. Nə qədər çox dərman qəbul edəriksə, onun bədənimizin bir tərəfinə zərər vermə riski artır”.

Aytən Zəhra
Azvision.az


Teqlər: ÜST   Koronavirus  





Xəbər lenti