“Biz məğlub olmuşuq, həqiqətən ağrılı vəziyyətdir” - Erməni general

 “Biz məğlub olmuşuq, həqiqətən ağrılı vəziyyətdir” -  Erməni general
  24 Noyabr 2020    Oxunub:2449
Ermənistan polisinin keçmiş rəis müavini, polis general-mayoru Qagik Hambardzumyan rezonans doğuracaq müsahibə verib. O, əvvəlcə ölkəsindəki gərgin vəziyyət və digər məsələlərdən söz açıb.
Azvision.az müsahibədən maraqlı hissələri təqdim edir: “Hazırkı şərtlərlə hakimiyyətin qalması mənasızdır. Nikolun indi niyə qaldığını, başqa hansı planlarını həyata keçirməli olduğunu bilmirəm. Amma yaxşı bir şey də gözləmirəm. Bir misal və nümunə var ki, onu çox çəkmişəm. Bu, Çörçil nümunəsidir. Dünya müharibəsində qalib gələn lider belə qələbədən dərhal sonra xalq tərəfindən yenidən seçilmədi. Lazımsız itkilərin çox olması səbəbindən onu seçmədilər. Torpaqların bir hissəsini düşmənə təslim edən və kapitulyasiya sənədinə imza atan biri hakimiyyətdə qalacağını necə təsəvvür edir?”.

O, son günlər polisin ölkədəki hərbi vəziyyətlə əlaqədar mitinqlərin qadağan olunmasını əlində bəhanə edərək etirazçılara qarşı qəddarlıq göstərməsinə də münasibət bildirib. General-mayor deyib ki, müharibə məğlubiyyətlə sona çatdığı halda, ölkədə hansı hərbi vəziyyətdən danışmaq olar? Döyüş vəziyyəti müharibədən əvvəl və ya müharibə zamanı elan edilir:

“Beləliklə, saxlanılan hərbi vəziyyət mexanizmləri, məsələn, məhdudiyyətlər və s. qələbə qazanmaq və ya heç olmasa məğlubiyyətin qarşısını almaq üçün istifadə olunur. Amma biz məğlub olmuşuq. İndi bu hərbi vəziyyətin məqsədi nədir? Bunun arxasında yalnız bir məqsəd qalıb: söz azadlığına təzyiq, müxalifəta təzyiq. Əlbəttə, polisin güc tətbiq etməsi qanuni deyil”.

Hambardzumyan hazırda baş nazirə sui-qəsd ehtimalının mənasız olduğunu qeyd edib: “Bu gün Nikolun ölümü heç kimə lazım deyil. Paşinyanın mühakiməsinə ehtiyac var. Həqiqətən ağrılı vəziyyətdir. Dərhal baş nazirin rəhbərliyi altında güclü bir keçid hökuməti qurulmalıdır. Aydındır ki, kapitulyasiya sənədi qaranlıqda, gizli şəkildə, hamımızdan xəbərsiz imzalanmış olsa da, geriyə qayıda bilmərik. Ancaq ən azı bəzi məqamları - ən alçaldıcı, ən dağıdıcı bəndlərə nəzər salmaq olar”.

Tural Tağıyev
Azvision.az


Teqlər: General-mayor   Paşinyan  





Xəbər lenti