“Azərbaycanın haqlarını qorumaq üçün meydanda olacağıq” - Çavuşoğlu

“Azərbaycanın haqlarını qorumaq üçün meydanda olacağıq” -  Çavuşoğlu
  24 Noyabr 2020    Oxunub:1710
“PKK-çıların Qarabağda yerləşdirildiyini və mülki insanları hədəf aldıqlarını sübut etdik. Minsk Qrupunun ətaləti qarşısında biz də can Azərbaycanın hüquqlarını müdafiə etməyə başladıq”.
Azvision.az xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

Çavuşoğlu bildirib ki, Azərbaycanın haqlı olduğu və ərazi bütövlüyü bərpa edildi, torpaqlarını geri alır. İşğal olunmuş torpaqlardan qaçmağa məcbur olanlar geri qayıda biləcəklər. Naxçıvanla əlaqə yaradılacaqdır.

"Biz də bu haqları qorumaq üçün meydanda olacağıq", - deyə XİN rəhbəri bildirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Çavuşoğlu  





Xəbər lenti