Balayan Paşinyana görə aclıq aksiyasına başladı

 Balayan Paşinyana görə aclıq aksiyasına başladı
  24 Noyabr 2020    Oxunub:2434
Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş hakimi Kim Balayan hökumət binası qarşısında aclıq aksiyasına başlayıb.
Azvision.az erməni KİV-lərinə istinadla xəbər verir ki, Balayan baş nazir Nikol Paşinyanın məsuliyyətə cəlb olunmasını tələb edir.

Onun sözlərinə görə, Paşinyan Qarabağ razılaşmasını imzalamaqla konstitusiya quruluşunu devirib. Balayan, həmçinin bildirib ki, konstitusiyanın 116-cı maddəsi hansı məsələlərin beynəlxalq müqavilələrlə tənzimlənməsini açıq şəkildə müəyyənləşdirir.

“Paşinyan humanitar atəşkəs sazişi imzalaya bilərdi, lakin 9 noyabrdakı bəyanat kökündən fərqlidir. Onun bütün məzmunu əsas qanunun normalarına ziddir. Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən imzalanmış Qarabağa dair bəyanatı əvvəlcə Konstitusiya Məhkəməsi konstitusiyaya uyğun olub-olmamasını müəyyən etməli idi. Sənədin qanuna uyğunluğu müəyyən edildiyi halda, parlament tərəfindən təsdiqlənməli idi”.

Sabiq erməni hakimin konstitusiya quruluşunun devrilməsi faktı ilə bağlı iddiaları baş prokuror Artur Davtyan və Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryana da ünvanlanıb.

Balayan hesab edir ki, bu məmurlar hərəkətsizlik nümayiş etdirir və bununla baş nazirin cinayətinə ortaq olurlar.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: aclıqaksiyası  





Xəbər lenti