Türkiyə Ombudsmanı Ermənistanın cinayətləri barədə hesabat hazırladı

 Türkiyə Ombudsmanı Ermənistanın cinayətləri barədə hesabat hazırladı
  24 Noyabr 2020    Oxunub:2180
Türkiyənin Ombudsman İnstitutu Ermənistan ordusu tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsində törədilmiş cinayətlərə dair hesabat hazırlanıb.

Azvision.az xəbər verir ki, Ombudsman Şerəf Malkoçun hazırladığı hesabat bu həftədən etibarən dünyadakı müvafiq qurumlara, Avropa İttifaqı ölkələrinin parlamentlərinin insan haqları komissiyalarına göndəriləcək.
Malkoç, hesabat hazırlanarkən Azərbaycana getdiklərini və Ermənistan ordusunun hücumları nəticəsində zərər görmüş mülki yaşayış yerləri ilə bağlı araşdırmalar aparıldığını deyib.

"Xüsusilə, döyüş sahələri kənarındakı mülki yaşayış məntəqələrində, o cümlədən Gəncə, Tərtər, Goranboy, Ağdam hətta Bakı ətrafında raketlərlə vurulan əraziləri gəzdik. Gəncə döyüş meydanından kilometrlərlə kənarda olsa da, Ermənistandan atılan raketlərlə vuruldu. Tərtər də eyni şəkildə vurulub".

Hesabatda hücumlar zamanı 94 mülki şəxsin öldüyü, 414 nəfərin yaralandığı, 3410 fərdi evin, 120 çoxmənzilli yaşayış binasının və 512 mülki obyektin ciddi şəkildə zərər gördüyü vurğulanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   Ombudsman  





Xəbər lenti