Sərxoş kişi 6 uşağı girov götürdü

Sərxoş kişi 6 uşağı girov götürdü
  24 Noyabr 2020    Oxunub:1698
Sankt-Peterburq ətrafında bir kişi 6 uşağı girov götürüb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Kolpino küçəsindəki mənzillərdən birində qeydə alınıb.

Məlumata görə, həmin şəxs sərxoşdur və balta ilə silahlanıb.

Polisə onun həyat yoldaşı müraciət edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları sərxoş kişi ilə danışıqlar aparır, hələlik o, heç bir tələb irəli sürməyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: girov  





Xəbər lenti