Ermənistanda əhali silahları təhvil vermir

Ermənistanda əhali silahları təhvil vermir
  25 Noyabr 2020    Oxunub:2466
Ermənistan hərbi polisi Qarabağda hərbi əməliyyatların iştirakçılarını silahları təhvil verməyə çağırıb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan hərbi polisi məlumat yayıb.

Bildirilib ki, döyüşlər vaxtı vətəndaşlar silah-sursat əldə edib, döyüş əməliyyatları zonasına yola düşüblər, lakin atəşkəsdən sonra silahları təhvil verməyiblər.

"Hərbi polis səfərbərlik və digər əsaslarla hərbi xidmətə çağırılmış vətəndaşları bir daha döyüş əməliyyatları zamanı müxtəlif yollarla əldə edilmiş və ya götürülmüş silah-sursatı könüllü olaraq təhvil verməyə çağırır", - deyə məlumatda qeyd olunub.

Azvision.az


Teqlər: Ermənistan   Silah  





Xəbər lenti