Əfqanıstanda terror aktı törədilib - Ölənlər var

Əfqanıstanda terror aktı törədilib -    Ölənlər var
  25 Noyabr 2020    Oxunub:2140
Əfqanıstanda terror aktı törədilib.
Azvision.az xəbər verir ki, hadisə Əfqanıstanın mərkəzi vilayəti olan Bamiyanda baş verib.

Polisin məlumatına görə, Bamiyan şəhərinin mərkəzi bazarının yaxınlığında arda-arda iki partlayış qeydə alınıb, nəticədə 17 nəfər həlak olub, 50-dən çox yaralı var.

İnsidentə görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Azvision.az


Teqlər: Əfqanıstan   Terror  





Xəbər lenti