Ermənistanda koronavirusdan ölüm sayı 2040-a çatdı

Ermənistanda koronavirusdan ölüm sayı 2040-a çatdı
  25 Noyabr 2020    Oxunub:1445
Ermənistanda son sutka ərzində daha 1563 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, ölkədə COVID-19 virusuna yoluxanların ümumi sayı 129 085 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 38 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 2040-yə çatıb. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 513 nəfərdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID-19   Ermənistan  





Xəbər lenti