“Hərbi texnikalarımızın 85 faizi məhv edilib”- Sabiq erməni baş nazir
Azvision.az xəbər verir ki, Baqratyan Paşinyan hakimiyyətinin həm siyasi, həm hərbi, həm də təşkilati istiqamətlərdə uduzduğunu etiraf edib. Keçmiş baş nazir erməni ordusunun texnikasının 85 faizinin məhv edildiyini bildirib:
Baqratyan üçüncü siyasi səhv kimi, İranla olan münasibətləri, cənub qonşusunu özlərindən narazı salmalarını göstərib: “Buna görə də Ermənistan üçün nəzərdə tutulan yüklərin İran ərazisindən keçirilməsinə imkan vermədilər. Dördüncü məqam Gürcüstanla münasibətlərin səviyyəsi idi”.
Sabiq baş nazir daha sonra Çin amilini də qabardaraq belə bir super güclə münasibətlərdə siyasi səhvə yol verildiini deyib.
Tural Tağıyev
Azvision.az
Teqlər: Ermənistan