Ermənistan itkin düşən hərbçilərini İranda tapmadı

 Ermənistan itkin düşən hərbçilərini İranda tapmadı
  26 Noyabr 2020    Oxunub:1698
Dağlıq Qarabağda hərbi əməliyyatların getdiyi günlərdə İran ərazisinə keçdiyi iddia edilən erməni hərbçilər barədə məlumat təsdiqini tapmayıb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan-İran parlamentlərarası dostluq qrupunun rəhbəri, erməni deputat Mxitar Ayrapetyan bildirib.

Məlumata görə, son bir neçə gündə M.Ayrapetyan Ermənistan-İran əlaqələri üzrə bəzi tərəfdaşları ilə telefon danışıqları aparıb, onlar mediada və sosial şəbəkələrdə yayılan məlumatları təsdiqləməyiblər.

Qeyd edək ki, 44 günlük döyüşlərdə erməni hərbçilərin bir qismi itkin düşüb. Əsgərlərin valideynləri övladlarının İran ərazisinə keçdiyini ehtimal edirlər.

Azvision.az


Teqlər: Ermənistan   İran  





Xəbər lenti