Fransa XİN Senatın qərəzli qərarına qarşı çıxdı

 Fransa XİN Senatın qərəzli qərarına qarşı çıxdı
  26 Noyabr 2020    Oxunub:2261
Fransa Xarici İşlər Nazirliyi (XİN) ölkə Senatında qondarma “Dağlıq Qarabağ respublikasının” tanınmasına dair qətnamə layihəsinin qəbuluna münasibət bildirib.
Azvision.az xəbər verir ki, Fransa XİN yanında dövlət katibi Jan-Batist Lemuan bildirib ki, Qarabağın təktərəfli qaydada tanınması heç kimə - nə Ermənistana, nə də Fransaya fayda verməyəcək. Onun sözlərinə görə, Senatın bu addımı vasitəçilik səylərinə xidmət etmir.

Dövlət katibi, həmçinin qeyd edib ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olaraq, 10 noyabrda imzalanmış atəşkəs razılaşmasının yerinə yetirilməsi mövqeyindən çıxış edir.

Xatırladaq ki, Fransa Senatında qəbul edilmiş “Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti” adlı qətnamənin heç bir hüquqi qüvvəsi yoxdur.

Azvision.az


Teqlər: Fransa   XİN   Senat  





Xəbər lenti