Türkiyədə koronavirus daha 168 can aldı

Türkiyədə koronavirus daha 168 can aldı
  26 Noyabr 2020    Oxunub:1300
Türkiyədə son sutka ərzində 168 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 6814 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 12 840, virusa yoluxanlar isə 467 730 nəfərə çatıb.

Türkiyədə indiyədək 385 480 pasiyent (son sutkada 3911 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus   Pandemiya  





Xəbər lenti