ABŞ Çinə və Rusiyaya sanksiya tətbiq edəcək

ABŞ Çinə və Rusiyaya sanksiya tətbiq edəcək
  26 Noyabr 2020    Oxunub:1093
ABŞ Rusiya və Çinin dörd təşkilatına qarşı İranın nüvə proqramına yardımı ittihamı ilə sanksiya tətbiq edəcək.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

ABŞ-ın İran və Venesuela üzrə xüsusi nümayəndəsi Eliot Abramsın sözlərinə görə, sanksiyalarla bağlı müvafiq qərar noyabrın 25-də qəbul ediləcək.

O, qeyd edib ki, Vaşinqton İrana təzyiq göstərməyə davam edəcək. E.Abrams, həmçinin dekabr və yanvar aylarında Tehrana qarşı sanksiyaların genişləndiriləcəyini diqqətə çatdırıb.

Azvision.az


Teqlər: ABŞ   İran   Sanksiya  





Xəbər lenti