Dünyada koronavirusla bağlı son vəziyyət

  26 Noyabr 2020    Oxunub : 1321
Dünyada koronavirusla bağlı son vəziyyət
Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 60 milyon 720 min 993 nəfərə çatıb.
Azvision.az "Worldometers" saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 426 min 841 nəfərdir. İndiyədək 42 milyon 32 min 104 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 216 ölkədə qeydə alınıb.

Azvision.az

Teqlər: Koronavirus   Statistika