“Senatın qərarı “tarixi addım” deyil” - Erməni deputat

 “Senatın qərarı “tarixi addım” deyil” -  Erməni deputat
  26 Noyabr 2020    Oxunub:2802
"Realist olmaq lazımdır. İndi cəmiyyətimizdə Fransa Senatının qərarı ilə bağlı eyforik fikirlər yayılır. Bu, belə deyil"
Azvision.az xəbər verir ki, bunu "Çiçəklənən Ermənistan" fraksiyasının üzvü, deputat Naira Zöhrabyan deyib. O bildirib ki, bu, adi bir qərardır, Fransa hökumətinin “Dağlıq Qarabağ respublikası”nı tanınması kimi qəbul edilməməlidir.

Zöhrabyan baş nazir Nikol Paşinyanın Fransa Senatının məlum qərarını “tarixi addım” adlandırmasına da münasibət bildirib:

“Paşinyan hakimiyyətə yalanla gəldiyi kimi, indi cəmiyyətin da başını qatmaqla ölkəni idarə edir, yalançı, pafos və emosiyalı siyasətini davam etdirir”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Senat   Fransa   Zöhrabyan   Ermənistan  





Xəbər lenti