Fransa səfiri Senatın qətnaməsinə münasibət bildirdi

Fransa səfiri Senatın qətnaməsinə münasibət bildirdi
  26 Noyabr 2020    Oxunub:2460
Fransanın Azərbaycandakı səfiri Zaxari Qross ölkəsinin Senatı tərəfindən qondarma "Dağlıq Qarabağ Respublikasının" tanınması zəruriliyi haqqında qəbul edilmiş qətnamə layihəsinə münasibət bildirib.
Azvision.az xəbər verir ki, diplomat “Twitter” səhifəsindəki paylaşımında Fransa hökumətinin naziri Jan-Batist Lemuanın çıxışına diqqət çəkib.

“Aydın olması üçün bir daha təkrar edim. Axşam Fransa Senatında çıxış edən Fransa hökumətinin naziri deyib: “Fransa hökumətinin siyasəti birtərəfli qaydada “Dağlıq Qarabağ Respublikası”nı tanımaq deyil. Bu addım nə faydalı, nə də effektiv olacaq".

Səfirin fikrincə, Dağlıq Qarabağdakı münaqişənin həlli Fransanın birtərəfli jesti deyil, tərəflər arasındakı dialoq sayəsində reallaşacaq.

Qeyd edək ki, dünən Fransa Senatı qondarma "DQR"in tanınması zəruriliyi haqqında qətnamə qəbul edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ZaxariQross  





Xəbər lenti