Türkiyə XİN Senatın qətnaməsini pislədi: “Gülünc və qərəzlidir”

  Türkiyə XİN Senatın qətnaməsini pislədi:    “Gülünc və qərəzlidir”
  26 Noyabr 2020    Oxunub:2758
“Dünən Fransa Senatının qəbul etdiyi “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” qətnamə, beynəlxalq hüququn təməl prinsiplərinin, qanuniliyin və ədalətin daxili siyasət naminə nəzərə alınmadığına bariz nümunədir”.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, Fransa Senatının qətnaməsi ATƏT-in Minsk Qrupunun niyə bu problemi həll edə bilmədiyini nümayiş etdirir.

“Qətnamədə Türkiyəyə dair qeyd olunan əsassız iddiaları tamamilə rədd edirik. Ermənistanın əvvəlcə Tovuzda, daha sonra Dağlıq Qarabağda nümayiş etdirdiyi təcavüzkar təxribatlardan sonra Azərbaycan lazımi cavab verdi və 30 ilə yaxındır işğal altında olan torpaqlarını azad edərək ərazi bütövlüyünü bərpa etdi.

Əslində Azərbaycanın bu sahədəki nəticəsi, BMT-nin qətnamələrində və Fransanın həmsədri olduğu ATƏT-in Minsk qrupu tərəfindən qeydə alınan, lakin həyata keçirilməyən hüquqların konkretləşdirilməsində əks olunur. Çünki BMT-nin müvafiq qətnamələri ermənilərin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tənzimləyir.

Yenə də Fransa Senatının Azərbaycanın işğaldan azad etdiyi öz torpaqlarından çəkilməyə çağırması, ciddiyə alınmayan gülünc, qərəzli və qeyri-real anlaşmanın təzahürüdür. Ağıllı düşüncədən məhrum olan və heç bir ağlabatan səbəb ilə izah edilə bilməyən bu qərar, Fransanın məsələnin həllinə həqiqi mənada töhvə verməsini də məhdudlaşdırır.

Ümid edirik ki, Fransa düzgün nəticələr çıxarmaqla bölgənin sabitliyi üçün konstruktiv münasibət göstərəcək. Bunun üçün mövcud həqiqətlərə əsaslanan beynəlxalq hüquqa uyğun qalıcı bir həll yolu tapmaq üçün səy göstərmək kifayətdir”, - deyə Türkiyə XİN-nin məlumatında qeyd olunub.

Azvision.az


Teqlər: Türkiyə   XİN   Qarabağ  





Xəbər lenti