Paşinyanın məmurları ölkədən qaçmağa hazırlaşır

 Paşinyanın məmurları ölkədən qaçmağa hazırlaşır
  26 Noyabr 2020    Oxunub:1971
Baş nazir Nikol Paşinyan nə qədər məsləhətləşmələr aparıb, press-relizlər yayaraq iş imitasiyası yaratmağa çalışsa da, hakimiyyətdə artıq çoxları "qatarlarının getdiyini" bilir və lazımi anda "qatardan tullanmağa" hazırlaşırlar.
Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri yazıb.

Məlumata görə, bəziləri ölkəni tərk etməyi düşünür və artıq Gürcüstan hakimiyyəti ilə sərhədi keçmək barədə danışıqlar aparır.

“Digərləri gizli şəkildə vəzifədən ayrılmaq xəyalları qurur, amma Paşinyanın qisas almağı sifariş edə biləcəyindən qorxur. Qaçacaq yerin olmadığını başa düşən yalnız kiçik bir məmur qrupu var ki, onlar hakimiyyət dəyişdikdən sonra Nikol Paşinyanla eyni dərəcədə cavab verəcəklər”, - deyə qeyd olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: NikolPaşinyan   Ermənistan  





Xəbər lenti