Türkiyə və İran səfirləri Qarabağı müzakirə edib

  26 Noyabr 2020    Oxunub : 1758
 Türkiyə və İran səfirləri Qarabağı müzakirə edib
İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoralla görüşüb.
Azvision.az xəbər verir ki, bu barədə səfir Musəvi “Twitter” hesabında paylaşım edib.

“Bu gün dostum və qardaşım Türkiyənin Azərbaycandakı səfiri cənab Erkan Özoralla görüşdüm. Səmimi və məhsuladar görüşümüz oldu. Biz ikitərəfli əlaqələrimizi, həmçinin Azərbaycanla münasibətlər və Qarabağdakı son inkişaflar barədə fikir mübadiləsi apardıq”, - deyə iranlı diplomat yazıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Qarabağ   İran   Türkiyə