“Qətnamənin qəbulu zamanı səslər düzgün hesablanmayıb” - Səfir

“Qətnamənin qəbulu zamanı səslər düzgün hesablanmayıb” -  Səfir
  26 Noyabr 2020    Oxunub:3519
Fransa Senatında qondarma “Dağlıq Qarabağ Respublikasının” tanınmasının zəruriliyi barədə qətnamə qəbul edilərkən səslər düzgün hesablanmayıb.

Azvision.az xəbər verir ki, bunu Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev “Twitter” hesabında yazıb.
“Senatda fransız-erməni maskaradı davam edir. Səslər düzgün hesablanmayıb”, - deyə diplomat vurğulayıb.

Xatırladaq ki, 145 saylı qərar layihəsi noyabrın 25-də müzakirə olunaraq qəbul edilib. 306 senatordan 305-i layihənin lehinə səs verib. Sözügedən qərar layihəsinin əleyhinə səs verən yeganə senator Silviya Qua-Şaven olub.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: FransaSenatı  





Xəbər lenti