Madagizdə ayaqlarını itirən erməni əsgər çörək almağa pul tapmır

 Madagizdə ayaqlarını itirən erməni əsgər çörək almağa pul tapmır
  27 Noyabr 2020    Oxunub:2608
Qarabağ döyüşlərində məğlub olan Ermənistan ordusunun hərbçiləri səfalət içində yaşayırlar.
Azvision.az xəbər verir ki, sentyabrın 27-də döyüşə gedən 30 yaşlı Argişti Mikayelyanın ailəsi dövlətdən narazıdır. Qarabağda ayaqlarını itirən Mikayelyanın ailəsi aidiyyəti qurumların onlarla maraqlanmadığını bildirib.

“Evin yeganə qazanc gətirəni Argişti idi. O, yaralandıqdan sonra ciddi sosial problemlərlə üz-üzə qaldıq. Kirayə haqqını ödəyə bilmirik, evdə gündəlik ərzaq belə olmur", - deyə erməni əsgərin həyat yoldaşı şikayətlənib.

Argiştinin həyat yoldaşının sözlərinə görə, əri cəbhə xəttində, Madagizdə olub. 27 sentyabrda gedib və ayın 6-da yaralanaraq İrəvana gətirilib. Orada ayaqları dizdən aşağı kəsilib.

"Hazırda kirayədə yaşayırıq, aylıq kirayə haqqı 35 min dramdır. Hələ dövlətdən yardım almamışıq, ərim lazımi sənədləri təqdim edib. Dedilər ki, protez məsələsi həll edilsin sonra gələrsiniz. Başqa sözlə, təxirə saldılar”, - deyə qadın evə çörək almağa belə pul tapmadıqlarını söyləyib.

Məlumata görə, gənc ailənin 4 və 2 yaşında iki oğlu var. Ailəyə maddi yardım göstərmək üçün bank hesabı açılıb.

Tural Tağıyev
Azvision.az



Teqlər: Erməni-əsgər   könüllü  





Xəbər lenti