“Qarabağ” yenə “Sivasspor”a məğlub oldu

Qurban Qurbanovun komandası iki dəfə hesabda önə çıxsa da, üstünlüyünü sona qədər qoruya bilməyib. Gərgin idman mübarizəsi şəraitində keçən görüş "Sivasspor"un 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla “Qarabağ” qrupdan çıxmaq şansını itirib.
Qeyd edək ki, komandalar arasında keçirilmiş ilk oyunda Türkiyə təmsilçisi 2:0 hesablı qələbə qazanıb. İdiyədək xal toplaya bilməyən Azərbaycan çempionu qrupda sonuncu yerdədir.
Azvision.az
Teqlər: “Qarabağ”