Fransa XİN Senatın qəbul etdiyi qətnaməni dəstəkləmədi

  Fransa XİN Senatın qəbul etdiyi qətnaməni dəstəkləmədi
  27 Noyabr 2020    Oxunub:1939
Rəsmi Paris qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımır.
Azvision.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyindən bildirilib.

“Noyabrın 25-də Senat Fransa hakimiyyətini qondarma "Dağlıq Qarabağ respublikası”nı tanımağa çağıran qətnamə layihəsi qəbul edib. Səsvermədən əvvəl debatlar zamanı Xarici İşlər Nazirliyi yanında Dövlət katibi Jan-Baptist Lemuan Fransa hökumətinin bu mövzuda mövqeyini xatırladıb - Fransa qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımır”, - deyə məlumatda qeyd olunub.

Azvision.az


Teqlər: Fransa   XİN   Senat  





Xəbər lenti