“Üçtərəfli bəyanatın icrası çox ağrılıdır” - Paşinyan

 “Üçtərəfli bəyanatın icrası çox ağrılıdır” -    Paşinyan
  27 Noyabr 2020    Oxunub:1965
Ermənistanın baş naziri Nikol Paşinyan qubernatorların iştirakı ilə iclas keçirib.
Azvision.az -ın məlumatına görə, Paşinyan ölkə daxilində vəziyyətin gərgin olduğunu etiraf edib.

“Sabitlik çox vacib və strateji məsələdir. Xarici və daxili təhlükəsizliyi, eyni zamanda sabitliyi təmin etmək ölkənin həll etməli olduğu ən böyük problemdir. İmzalanmış üçtərəfli bəyanatın icrası çox ağrılıdır. Lakin, qərar alternativin daha ağrılı ola biləcəyi vəziyyətdə qəbul edildi”, - deyə Paşinyan bildirib.

Azvision.az


Teqlər: Paşinyan  





Xəbər lenti