Paşinyan bir saatda iki dəfə Putinə zəng edib

 Paşinyan bir saatda iki dəfə Putinə zəng edib
  27 Noyabr 2020    Oxunub:1632
Ermənistanın baş naziri Nikol Paşinyan bir saatda iki dəfə Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb.
Azvision.az xəbər verir ki, tərəflər Qarabağdakı vəziyyəti müzakirə ediblər.

Məlumata görə, Laçın dəhlizi boyunca yerləşən yaşayış məntəqələri, hərbi əsirlərin və ölənlərin cəsədlərinin mübadiləsi, itkin düşənlərin axtarışı, sülhməramlıların yerləşdirilməsi, eləcə də bölgədəki nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması ilə bağlı məsələlər diqqətdə olub.

Paşinyan bildirib ki, bu cür müzakirələr müntəzəm aparılır, bu barədə hər zaman rəsmi açıqlama verilmir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: VladimirPutin  





Xəbər lenti