Koronavirusa yoluxanların sayı 61 milyonu keçdi

Koronavirusa yoluxanların sayı 61 milyonu keçdi
  27 Noyabr 2020    Oxunub:1584
Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 61 milyon 308 min 168 nəfərə çatıb.
Azvision.az "Worldometers" saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 437 min 835 nəfərdir. İndiyədək 42 milyon 396 min 176 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 216 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti