Maradona valideynlərinin yanında dəfn edildi

Maradona valideynlərinin yanında dəfn edildi
  27 Noyabr 2020    Oxunub:1573
Dünya futbolunun əfsanəsi, Argentina millisinin sabiq oyunçusu və milli komandanın keçmiş baş məşqçisi Diyeqo Maradona dəfn edilib.
Azvision.az xəbər verir ki, Maradona Buenos-Ayresdən 35 kilometr aralıda yerləşən Bella-Vistadadı qəbiristanlıqda dəfn olunub.

Dəfn mərasimi məhdud çərçivədə baş tutub. Maradona valideynlərinin məzarı yanında torpağa tapşırılıb.

Qeyd edək ki, argentinalı futbol ulduzu bir neçə gün öncə 60 yaşında dünyasını dəyişib. Onun ürək tutmasından vəfat etdiyi bildirilir.



Tural Tağıyev
Azvision.az


Teqlər: Maradona   Dəfn  





Xəbər lenti