Hindistanda MiQ-29K qırıcısı qəzaya uğrayıb

Hindistanda MiQ-29K qırıcısı qəzaya uğrayıb
  27 Noyabr 2020    Oxunub:1630
Hindistanın Hərbi Dəniz Qüvvələrinin MiQ-29K təlim-məşq qırıcısı Ərəb dənizi üzərində qəzaya uğrayıb.
Azvision.az “Times of India”ya nəşrinə istinadən xəbər verir ki, hadisə nəticəsində bir pilot itkin düşüb.

Təyyarə “Vikramaditya” aviadaşıyıcısından havaya qalxıb. Bir pilot tapılıb, ikincisinin axtarışı davam edir.

Hindistan Hərbi Dəniz Qüvvələri hadisə ilə bağlı istintaq başladıb. Hadisənin səbəbləri hələ açıqlanmayıb.

Qeyd edək ki, Hindistan donanmasında istismar edilən “Vikramaditya” (keçmiş SSRİ istehsalı olan “Admiral Qorşkov” aviadaşıyıcı) aviadaşıyıcında Rusiya istehsalı olan 36 “MiQ-29K” qırıcı var. Bundan başqa 65 “MiQ-29” qırıcı da mövcuddur.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: MiQ-29K  





Xəbər lenti