Separatçı rejimin sabiq “baş naziri”: “Müharibəni uduzmuşuq”

 Separatçı rejimin sabiq “baş naziri”:  “Müharibəni uduzmuşuq”
  27 Noyabr 2020    Oxunub:2529
Qondarma “Dağlıq Qarabağ respublikası”nın keçmiş baş naziri Anuşavan Danielyan Ermənistanın müharibə iştirakçılarına “qəhrəman” adı altında medalların verilməsini tənqid edib.
Azvision.az xəbər verir ki, Danielyan Qarabağ müharibəsindən sonra bəzi bölgələrin güllə atılmadan geri verilməsini qəbullana bilmədiyini deyib.

O, həmçinin yüzlərlə itkin düşmüş erməni döyüşçünün taleyinin naməlum olduğunu bildirib: “Küçələrdə qalan əsirlərin valideynləri kimdən məlumat alacağını bilmirlər. Yüzlərlə əsgərimizin dəfn mərasimi davam edir. Bütün bunlarla yanaşı, müharibəni də uduzmuşuq. Təslimçilik sənədini imzalayan ölkənin lideri tərəfindən komandirlərə "qəhrəman" titulu verilməsi ən azından siyasi fırıldaqdır".

Tural Tağıyev
Azvision.az


Teqlər: Anuşavan   Qəhrəman   titul  





Xəbər lenti