Paşinyanın nazir təyin etdiyi iş adamı: “Ordu barədə nağıllar danışırdılar”

Paşinyanın nazir təyin etdiyi iş adamı:  “Ordu barədə nağıllar danışırdılar”
  27 Noyabr 2020    Oxunub:2415
Ermənistanda iqtisadiyyat naziri vəzifəsinə “Menu.am” ərzaq çatdırılması şəbəkəsinin direktoru, iş adamı Vahan Kerobyan təyin edilib. Kerobyan ikinci Qarabağ döyüşlərində iştirak edib. Onun nazir vəzifəsinə təyinatı müzakirələrə səbəb olub.
Son günlər Ermənistanda hərbi keçmişi olanları məsul vəzifələrə təyin etmək dəb halını alıb. "Məxməri baş nazir" əvvəllər yaltaqları əhəmiyyətli vəzifələrə təyin edirdi, indi vəziyyət dəyişib. Nikol Paşinyan vəzifələrə o qədər təyinatlar edib ki, Ermənistanda hansısa nazir vəzifəsini tutmayan adamın qalmadığı təəssüratı yaranır.

Vaan Kerobyan cəbhədə döyüşüb və məğlub olan erməni ordusu ilə geri qayıdıb. O, eyni zamanda iş adamıdır və bu səbəbdən böyük bir əmək haqqına ehtiyacı yoxdur. Onun təyinatı ilə bağlı bir çox sualların cavabları açıq qalır.

Vəziyyət elədir ki, Ermənistan iqtisadiyyatını dağılma və durğunluq bataqlığından çıxarmağa çalışacaq birini təyin etmək lazım idi. Bəlkə də, Ermənistan iqtisadiyyatı 90-cı illərdən başqa heç vaxt bu dərəcədə bataqlığa düşməmişdi. Paşinyanın siyasi naşılığı nəticəsində başladılan müharibə praktik olaraq Ermənistan iqtisadiyyatını çökdürdü və onu dirçəltmək üçün möcüzə lazımdır. Bəlkə də bu "möcüzə" "fast food" çatdırılması xidmətinin sahibi Vahan Kerobyan olacaq.

Maraqlıdır ki, Vahan Kerobyan nazir vəzifəsinə təyin olunmadan bir neçə gün əvvəl Əl-Cəzirə telekanalına müsahibə verib. Həmin müsahibədən bəlli olur ki, o, Paşinyanın siyasətindən heç də razı deyil.

Söhbət əsnasında iş adamı bildirib: "Bizə nağıllar danışdılar. Güclü olduğumuzu dedilər. Yanlışlıqla ordumuzun çox güclü, çox böyük olduğunu düşündük, istədiyimizi edə bilərik, amma əslində cəmiyyətdə heç kim real vəziyyətdən xəbərdar deyildi. İndi biz haqq etdiyimiz nəticəyə malikik".

Ümumilikdə ermənilərin Paşinyanın məlumat və inkvizisiya maşını tərəfindən aldadıldığını etiraf edən Kerobyan indi baş nazirin yaltaqlar komandasında tamamilə yeni fenomendir. Əlbəttə ki, bu baxımdan Paşinyan üçün yeni nazirlə işləmək son dərəcə çətin olacaq.

Təyin olunan şəxsin heç bir illüziyası və rəngli eynəyi yoxdur, çox gözəl başa düşür ki, mövcud vəziyyət Paşinyanın siyasi səbatazlığının nəticəsidir. İndi ermənilər ya reallıqları qəbul etməli, ya da tamamilə təcrid şəraitində keçmişin səhvləri ilə yaşamalıdır.

Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti