Rusiya XİN: Türkiyə ilə təmasları davam etdiririk

 Rusiya XİN:  Türkiyə ilə təmasları davam etdiririk
  27 Noyabr 2020    Oxunub:1657
Rusiya Qarabağ nizamlanması mövzusunda Türkiyə ilə təmasdadır.
Azvision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçrdiyi brifinqdə deyib.

“Türkiyə ilə qarşılıqlı əlaqəmizə gəlincə, bu, müxtəlif istiqamətlərdə aparılır. Bu, siyasi- diplomatik və hərbçilər arasındakı təmaslardır. Əlbəttə ki, vektor bölgədəki vəziyyəti müntəzəm olaraq müzakirə edən dövlət başçıları tərəfindən təyin olunur", - deyə XİN rəsmisi əlavə edib.

Xatırladaq ki. noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan liderləri Dağlıq Qarabağda hərbi əməliyyatların tamamilə dayandırılması barədə ortaq bəyanat imzalayıblar. Bəyanata əsasən, işğal edilmiş bir sıra bölgələr Azərbaycana qaytarılır, tərəflər əsir mübadiləsi aparır, Rusiya sülhməramlıları təmas xətti boyunca və Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizi boyunca yerləşdirilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə  





Xəbər lenti