Putin Təhlükəsizlik Şurasında Qarabağı müzakirə edib

 Putin Təhlükəsizlik Şurasında Qarabağı müzakirə edib
  27 Noyabr 2020    Oxunub:1998
Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Dağlıq Qarabağ ətrafındakı vəziyyəti, rus sülhməramlılarının fəaliyyətini və Qarabağdakı humanitar missiyanı müzakirə edib.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.

"Rusiyalı sülhməramlıların fəaliyyəti və Qarabağdakı humanitar missiyanın işi barədə də söhbət oldu. Prezident bu çərçivədə görüş iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışıqları barədə məlumat verdi".

Peskov, əlavə edib ki, Rusiyanın sosial-iqtisadi daxili gündəminin müxtəlif aktual məsələlərinə də toxunulub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ   Rusiya   Prezident   Putin  





Xəbər lenti