Polşada ölən Müşviqin nəşi Azərbaycana gətirilir

   Polşada ölən Müşviqin nəşi Azərbaycana gətirilir
  27 Noyabr 2020    Oxunub:2867
Polşa Respublikasında dünyasını dəyişmiş həmyerlimiz Müşviq İsmayılovun nəşini Azərbaycana yola saldıq və 28 noyabr 2020-ci il tarixdə saat 07:30-da Azərbaycana çatacaq.
Azvision.az xəbər verir ki, bunu Polşa Azərbaycanlıları Şurasının (PAŞ) rəhbəri Fərid Cəfərli bildirib. Onun sözlərinə görə, hazırda onun ölüm səbəbi ilə bağlı araşdırma davam edir və istintaqın yekunu barədə ictimaiyyətə Azərbaycan Baş Prokurorluğu və Azərbaycanın Polşa Respublikasındakı səfirliyi tərəfindən məlumat veriləcək:

"Bu məsələnin həlli üçün yaxından iştirak edən Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyinə, şəxsən səfir Həsən Həsənova və mərhumun nəşinin Azərbaycana gətirilməsi xərclərini öz üzərinə götürən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə, şəxsən sədr Fuad Muradova təşəkkür edirəm. Mərhumun ailəsinə və yaxınlarına baş sağlığı verirəm. Allah rəhmət eləsin".

Azvision.az


Teqlər: Polşa   Diaspora  





Xəbər lenti