“Yenilməzsən Azərbaycan!” musiqi kompozisiyası - VİDEO

“Yenilməzsən Azərbaycan!” musiqi kompozisiyası -  VİDEO
  27 Noyabr 2020    Oxunub:1962
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə Şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Hüseynovanın müəllifi olduğu “Yenilməzsən Azərbaycan!” musiqi kompozisiyasının ilk təqdimatı keçirilib.
Azvision.az xəbər verir ki, musiqi kompozisiyasını xalq artistləri Fidan Hacıyeva və Samir Cəfərov ifa ediblər. Kompozisiyanın sözləri və musiqisi Könül Hüseynovaya aiddir. Kompozisiya vətənpərvərlik və döyüş ruhundadır. Vətən müharibəsində xalqımızın qələbə sevincini və mübarizə əzmini özündə əks etdirir.



Təqdimatda Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov bildirib ki, daima şəhid ailələrinə və qazilərimizə irəli sürdükləri təkliflərdə dəstək olublar.

“Zəfər” Şəhid Ailələrinə dəstək İctimai Birliyinin sədri Sevinc Orucova qeyd edib ki, şəhid xanımının belə bir yaradıcılıq təşəbbüsü ilə çıxış etməsi cəmiyyətimiz üçün vətənpərvərlik göstəricisidir. Kompozisiyanın müəllifi K. Hüseynova uzun illərdir musiqi sahəsində çalışdığını bildirib və Vətən müharibəsinin başlanğıcında ürəyindən və düşüncəsindən keçən duyğuları nəğmələrdə ifadə etdiyini vurğulayıb.

Xalq artistləri Fidan Hacıyeva və Samir Cəfərov kompozisiyanı məmnuniyyətlə və böyük fərəh hissi ilə ifa etdiklərini qeyd ediblər.

Kompozisiyanın qısa müddət ərzində klip şəklində hazırlanması nəzərdə tutulur.







Azvision.az


Teqlər: Yenilməzsən-Azərbaycan   Musiqi  





Xəbər lenti