Avropa kəşfiyyatı Putinin niyyətini açıqlayıb

   Avropa kəşfiyyatı Putinin niyyətini açıqlayıb
  13 Mart 2025    Oxunub:540
Avropa kəşfiyyatı Ukrayna üzrə danışıqlarda Rusiyanın potensial tələblərini özündə əks etdirən sənədi ələ keçirib.
AzVision.az xəbər verir ki, “Washington Post (WP)” qəzetinin yazdığına görə, adı açıqlanmayan bir Avropa ölkəsindən kəşfiyyat məlumatları barədə əldə olunan sənəd fevralın 18-də Ər-Riyadda Rusiya və ABŞ arasında keçiriləcək danışıqlardan bir həftə əvvəl Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) Ukraynadakı əməliyyatlara nəzarət edən Beşinci İdarəsi ilə sıx əməkdaşlıq edən beyin mərkəzi tərəfindən Kreml üçün hazırlanıb.

“Sənəddə Donald Trampın 100 gün ərzində sülhə nail olmaq planları qeyri-real sayılır və Ukrayna böhranının 2026-cı ilə qədər sülh yolu ilə həllinin mümkün olmadığı bildirilir. Müəlliflərin fikrincə, işğal edilmiş ərazilərin Rusiyanın olduğu tanınmadan müharibə, məsələn, növbəti ABŞ administrasiyası dövründə yenidən başlaya bilər”, - nəşr ona ötürülən məlumata əsaslanaraq yazır.

Plan təkcə Rusiyanın işğal olunmuş ərazilər üzərində suverenliyinin tanınmasında deyil, həm də Ukraynanın şimal-şərqində Bryansk və Belqorod vilayətləri ilə sərhəddə bufer zonasının, eləcə də Krım yaxınlığındakı Ukraynanın cənub vilayətlərində hərbisizləşdirilmiş zonanın yaradılmasını təkid edir. Bu zonaya Odessa vilayəti də daxildir.

Lavrovun amerikalı blogerlərlə söhbəti - Təfərrüatlar- VİDEO
Eyni zamanda, NATO-ya üzvlükdən imtina və Rusiyayönlü partiyaların iştirak edə biləcəyi seçkilərin keçirilməsi kimi Ukraynanın mümkün güzəştləri yetərli sayılmadığı üçün rədd olunur.

- Əslində indiki Kiyev rejimini ölkə daxilindən dəyişmək olmaz. Onun tam sökülməsi zəruridir. İstənilən sülhməramlı qüvvələr (hətta mütləq Avropa qüvvələri deyil) sənəddə lazımsız adlandırılır, çünki onlar “olduqca güclü Qərb təsirini” yaşayacaqlar. İstənilən sülhməramlı qüvvələr (hətta mütləq Avropa qüvvələri olmasa da) sənəddə lazımsız sayılır. Çünki onlar öz üzərlərində Qərbin çox güclü təsirini hiss edəcəklər”, - Avropa kəşfiyyatının ələ keçirdiyi iddia olunan sənəddə deyilir.

“WP” yazır ki, fevralın sonunda Moskvanın bəzi hərəkətləri sənəddəki təkliflərə tam uyğundur: məsələn, fevralın 24-də Rusiya prezidenti ABŞ-yə işğal olunmuş Ukrayna ərazilərində nadir torpaq metalları yataqlarının birgə işlənməsini təklif edib və Amerikanın yeni administrasiyasının nümayəndələri ilə ilk görüşlərdə Moskva diplomatik strukturların bərpasına diqqət yönəldib.

Lakin Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov nəşrə belə tövsiyələrdən xəbərsiz olduğunu və Kremlin daha düşünülmüş variantlarla işlədiyini bildirib.

Qeyd edək ki, Rusiyanın Xarici İşlər naziri Segey Lavrov amerikalı blogerlərlə söhbətində bir sıra məsələlərlə, o cümlədən də Ukrayna ilə bağlı Moskvanın mövqeyini açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Putin   Ukrayna   plan  





Xəbər lenti