Lavrovun amerikalı blogerlərlə söhbəti - Təfərrüatlar- VİDEO

   Lavrovun amerikalı blogerlərlə söhbəti    - Təfərrüatlar- VİDEO
  12 Mart 2025    Oxunub:494
Pekin razı olacağı halda, Moskva Amerika prezidenti Donald Trampın Rusiya, ABŞ və Çin arasında nüvə təhlükəsizliyi məsələlərini müzakirə etmək üçün görüş keçirmək ideyasına açıqdır.
AzVision.az xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov amerikalı blogerlər Mario Naufalu, Larri Conson və Endryu Napolitanoya müsahibəsində belə deyib. O, həmçinin qeyd edib ki, Brüsselin Avropa İttifaqı (Aİ) çərçivəsində öz hərbi ittifaqını yaratmaq imkanları ilə bağlı bəyanatları zəmini sınamaq və ABŞ-nin reaksiyasını görmək məqsədi daşıyır.
Rusiyanın “TASS” agentliyi Sergey Lavrovun amerikalı blogerlərə cavabları əsasında müxtəlif istiqamətlərdə Moskvanın tutduğu mövqelərin təsnifatını verib.

ABŞ ilə münasibətlər


- Amerika nümayəndə heyəti Ər-Riyadda danışıqlar zamanı bildirib ki, Birləşmiş Ştatlar Rusiya ilə “normal münasibətlər istəyir” “ciddi danışıqlara hazırdır”.

- Moskva və Vaşinqton qarşıdurmaya və hərbi qarşıdurmaya sürüşməyin yolverilməzliyi məntiqini bölüşürlər: “Aydındır ki, ABŞ və Rusiya milli maraqları heç vaxt eyni olmayacaq dövlətlərdir. Onlar tamamilə, hətta 50% üst-üstə düşə bilməz. Lakin onlar hər halda üst-üstə düşəndə, belə vəziyyətlərdə biz, məsuliyyətli siyasətçilər kimi, bu oxşarlıqların inkişafı üçün hər şeyi etməliyik”.

- Tramp artıq prezidentliyə hazırdır və artıq “zəngin gündəlik” təklif edib.

- Birləşmiş Ştatlar anti-xristian ideyaları olmadan “normal vəziyyətə” qayıtmağa başladı: “Söhbət normallaşmaya anladığımız formada qayıtmaqdan gedir. Biz pravoslav xristianlarıq. Dəyərlərimiz ümumiyyətlə oxşardır”.

Ukrayna məsələsi


- ABŞ-nin yeni administrasiyası, yumşaq desək, keçmiş prezident Co Bayden administrasiyasının Ukraynaya silah tədarükündə yol verdiyi pozuntulardan “narahatdır”.

- Rusiyanın təhlükəsizliyini təminatı üçün Ukraynanın əhəmiyyəti ABŞ-nin təhlükəsizliyi naminə Qrenlandiyanın əhəmiyyətindən dəfələrlə böyükdür.

- Avropa İttifaqının (Aİ) Ukraynanın kapitulyasiyasının qarşısının alınması ilə bağlı mövqeyi 360 dərəcə dönüş deməkdir.

- Ukraynadakı böhranın həllinə yaxınlaşmaq üçün istənilən cəhd ilkin səbəblərin aradan qaldırılmasına yönəlməlidir.

- Böyük Britaniya və bir sıra Avropa ölkələri Ukrayna ilə bağlı iddiaları artırmaq istəyir və Trampı “Rusiyaya qarşı aqressiv addımlar atmağa” sövq etmək üçün nəsə hazırlayır.

- Tramp Volodimir Zelenski başda olmaqla Ukraynaya Amerikanın təhlükəsizlik zəmanəti vermək istəmir: “Onun vəziyətə öz baxışı var və müntəzəm bunu müntəzəm şəkildə birbaşa bəyan edir”.

Lavrov: "Kiyevdə NATO qoşunlarını qəbul etməyəcəyik!"
- Avropa Ukraynada “sülhməramlılar” ideyası ilə alışıb-yanır, lakin Ukrayna münaqişəsini bitirmək üçün bu tələb olunmur. Rusiya heç bir halda NATO qoşunlarının Ukraynada sülhməramlı kimi olmasını qəbul etməyəcək.

- ABŞ Ukraynaya silah tədarükünü əlaqələndirmək üçün bir qrup Qərb dövləti tərəfindən yaradılan Ramştayn formatında liderliyi ingilislərə güzəştə getmək niyyətindədir.

- Ukraynanın NATO-ya daxil olması Rusiyanın bu ölkənin suverenliyini tanıması barədə 1991-ci il bəyannaməsinin və Ukrayna konstitusiyasının pozulması olacaq.

- Ukraynalılar hər dəfəə fırıldağa əl atanda uduzurlar və ərazilərini itirirlər, bu proses davam edir.

- Rusiya Ukrayna münaqişəsinin həlli kontekstində “insanların taleyini təhlükəyə atacaq” kompromisdən necə qaçacağını bilir.

- Fransa və Almaniyanın imzaladıqları Minsk razılaşmaları ilə bağlı davranışları utancvericidir: “Fransızların və almanların davranışı biabırçılıqdır”.

- Fransa prezidenti Emmanuel Makron 2019-cu ildə Parisdə Ukrayna ilə bağlı görüş barədə bu yaxınlarda verdiyi “pafoslu bəyanatda” yalan danışdı.

Avropanın və NATO-nun militaristləşməsi


- Aİ-nin daxilində öz hərbi ittifaqını yaratmaq imkanları ilə bağlı bəyanatları zəmini sınamaq və ABŞ-nin reaksiyasını yoxlamaq məqsədi daşıyır: “Bu, inkişaf haqqında oyunudur”.

- Aİ müstəqilliyini və iqtisadi əhəmiyyətini itirib.

- Amerikalılar çətin ki, NATO-nu tərk etsinlər: “Ən azı ABŞ prezidenti Donald Tramp heç vaxt bunun baş verə biləcəyinə eyham vurmayıb. Amma o, birbaşa dedi ki, əgər NATO üzvü olan ölkələr ABŞ-nin onları müdafiə etməsini və təhlükəsizlik zəmanəti verməsini istəyirlərsə, o zaman lazım olan qədər ödəməlidirlər”.

Nüvə təhlükəsizliyi və strateji sabitlik məsələsi


- Çin tərəfi maraqlı olarsa, Moskva Trampın Rusiya, ABŞ və Çin arasında nüvə təhlükəsizliyi məsələlərini müzakirə etmək üçün görüş keçirmək ideyasına açıqdır: “Biz qarşılıqlı hörmət, bərabərlik və əvvəlcədən müəyyənləşdirilmiş qərarların rədd edilməsinə əsaslanan istənilən formata açığıq. Çinli dostlarımız maraqlanırsa, qərarı onlar verməlidir”.

- Rusiya və ABŞ strateji sabitlik sahəsi də daxil olmaqla ümumi fayda əldə etmək fürsətini əldən verməməlidir: “Əgər üst-üstə düşən maraqlar varsa, o zaman biz bunu praktik və faydalı bir şeyə çevirmək şansını əldən verməməliyik.”

Çinlə münasibətlər


- Çinin ABŞ ilə münasibətlərə yanaşması yeganə düzgün addımdır. Bunun sayəsində, Pekin və Vaşinqton arasında dialoq bütün fikir ayrılıqlarına baxmayaraq, heç vaxt dayanmayıb: “Eyni yanaşma, eyni məntiq Donald Tramp administrasiyası tərəfindən indi Rusiya ilə münasibətlərdə tətbiq edilir”.

- Rusiya-Çin münasibətlərindəki çətinliklər Qərbin sanksiyaları ilə izah olunur, buna görə də Sibirdə “çox perspektivli” infrastruktur layihələri təxirə salınıb, lakin Rusiya və Çin tələsmirlər.

- ABŞ bilir ki, Rusiya onu Çinlə bağlayan hüquqi və siyasi öhdəlikləri “heç vaxt pozmayacaq” .


Sahil İsgəndərov
AzVision.az




Teqlər:   Lavrov   ABŞ   blogerlər  





Xəbər lenti