İrana yoluxma və ölüm halları artır

İrana yoluxma və ölüm halları artır
  28 Noyabr 2020    Oxunub:1234
İranda son sutka ərzində 14 min 51 nəfər koronavirusa yoluxub, 406 pasiyent dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ölkədə infeksiyaya yoluxanların ümumi sayı 922 min 397, pandemiya qurbanlarının sayı isə 47 min 95-ə çatıb.

İndiyədək 640 min 65 pasiyent sağalaraq evə buraxılıb.Hazırda 5860 nəfərin vəziyyəti ağır olaraq qalır.

Azvision.az


Teqlər: İran   Koronavirus  





Xəbər lenti