Əsgər valideynləri Paşinyana iki gün vaxt verdi

 Əsgər valideynləri Paşinyana iki gün vaxt verdi
  28 Noyabr 2020    Oxunub:3049
Ermənistanın baş naziri Nikol Paşinyan hökumət binası qarşısında etiraz aksiyası keçirən hərbi qulluqçuların yaxınlarını qəbul edib.

Azvision.az -ın məlumatına görə, aksiya iştirakçıları görüşdən sonra bildiriblər ki, Paşinyan ona daha iki gün vaxt verilməsini xahiş edib. Baş nazir noyabrın 30-da onların suallarına dəqiq cavablar verəcək.
"Paşinyan şəxsən zəmanət verdiyini dedi. Biz isə inanmadığımızı bildirdik. Belə olan halda o, 30 noyabrdan gec olmayaraq son cavabı verəcəyini bildirdi. Əgər 30 noyabra qədər son cavab olmasa, onda özümüz uşaqlarımızı axtarmağa gedəcəyik.

Bizə deyirlər ki, səsimiz həlak olan hərbçilərin valideynlərindən daha uca çıxır. Ən yaxşı halda gözləyirik ki, uşaqlara məzuniyyət verəcəklər", - valideynlərdən biri bildirib.

Başqa bir valideyn isə övladlarının Ermənistandakı hərbi hissəyə köçürülməsini tələb etdiklərini vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: NikolPaşinyan  





Xəbər lenti