Paşinyan müxalifət liderinə “elçi” göndərdi

 Paşinyan müxalifət liderinə “elçi” göndərdi
  28 Noyabr 2020    Oxunub:2755
Ermənistan mətbuatı baş nazir Nikol Paşinyanın parlamentin “Mənim Adımım” fraksiyasının üzvləri ilə görüşündən gizli qalan detalları yayıb.
Azvision.az xəbər verir ki, bir neçə gün əvvəl baş tutan toplantı olduqca gərgin şəraitdə keçib.

“Məlum üçtərəfli sənədin imzalanması nəticəsində ölkədə yaranmış gərgin vəziyyət və hakimiyyətin mümkün dəyişiklik ssenariləri də daxil olmaqla səlahiyyətlilərin gələcək addımları müzakirə edildi. Mənbələrimizin bizə verdiyi məlumata görə, bir qrup millət vəkili "Qatarımız artıq yola çıxdı" deyib... Onlar bundan sonra sadəcə küçələrə çıxa bilməyəcəklərini söyləyiblər. Ona görə də, sərt qərarlar olmadan, hakimiyyətdən "yumşaq" formada ayrılmaq üçün bir çıxış yolu tapmaq lazımdır.

Eyni zamanda, müzakirələr zamanı köhnə klanın iqtidara yiyələnəcəyi təqdirdə, onlardan intiqam alacaqları barədə iddialar da danışıqların əsas mövzusu olub. Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri, müxalif “Vətən” partiyasının lideri Artur Vanetsyanın adı "kompromis variantı” kimi qeyd edilib”, - deyə erməni KİV-ləri yazıb.

Məlumata görə, görüşdən sonra Nikol Paşinyan Artur Vanetsyana hakimiyyətin “zərbə”siz ötürülməsinin mümkünlüyünü müzakirə etmək üçün elçilər göndərib. Bu danışıqların nəticəsinin nələrdən ibarət olduğu hələlik məlum deyil.

Tural Tağıyev
Azvision.az


Teqlər: Paşinyan   Vanetisyan   İqtidar  





Xəbər lenti