Ermənistan müdafiə nazirliyində xaos yaşanır

 Ermənistan müdafiə nazirliyində xaos yaşanır
  28 Noyabr 2020    Oxunub:2113
Ermənistanın müdafiə nazirliyində anarxiya, xaos hökm sürür.
Azvision.az xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.

Qeyd edilib ki, ötən həftə baş nazir Nikol Paşinyan məsləhətçisi Vaqarşak Arutyunyanı müdafiə naziri vəzifəsinə təyin etməsinə baxmayaraq, nazirlikdə xaos, anarxiya davam edir.

“Yeni nazir bir həftədən çoxdur ki, təyin edilib, lakin heyəti yığıb, qarşıda dayanan problemlər, görüləcək işlər barədə danışmır”, - deyə məqalədə vurğulanıb.

Məlumata görə, müdafiə nazirliyinin bütün rəhbərliyi vəzifəsindən uzaqlaşdırılıb: “Hazırda müdafiə nazirliyində müavin yoxdur, əvvəl dörd nazir müavini var idi. Müharibədən əvvəl onların ikisi, müharibədən sonra isə daha ikisi - Qabriel Balayan və Makar Qambaryan David Tonoyanın istefasından sonra vəzifələrindən gediblər”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: müdafiənazirliyi  





Xəbər lenti