Gürcüstanda bir gündə yüzlərlə insan virusa yoluxdu

  Gürcüstanda bir gündə yüzlərlə insan virusa yoluxdu
  28 Noyabr 2020    Oxunub:3223
Gürcüstanda son sutka ərzində daha 4472 nəfər koronavirusa yoluxub, 34 pasiyent vəfat edib. Ölkə üzrə ümumi yoluxma sayı 127 942-yə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi saytında məlumat yer alıb.

İndiyədək 106 328 pasiyent sağalıb, 1195 nəfər dünyasını dəyişib. Hazırda karantində 2076, stasionar nəzarətdə isə 6286 nəfər saxlanılır.

Qeyd edək ki, son vaxtlar Gürcüstanda yoluxma sayında ciddi artım müşahidə edilir.

Azvision.az


Teqlər: Gürcüstan   Koronavirus  





Xəbər lenti