Rusiyada daha 510 nəfər koronavirusdan öldü

Rusiyada daha 510 nəfər koronavirusdan öldü
  28 Noyabr 2020    Oxunub:2436
Rusiyada son sutka ərzində koronavirusa 27 100 yeni yoluxma qeydə alınıb.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 2 242 633 nəfərə çatıb.

Rusiyada son sutkada 510 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 39 068 nəfərdir. İndiyədək 1 739 470 nəfər sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: koronavirus  





Xəbər lenti