`Baku Fires`dən inamlı qələbə

`Baku Fires`dən inamlı qələbə
  09 Fevral 2014    Oxunub:1749
Azərbaycanın "Baku Fires" boks komandası Ümumdünya Boks Seriyası (WSB) Liqasında 4-cü ev qarşılaşmasında inamlı qələbə qazanıb. Quba Olimpiya Kompleksində keçirilən qarşılaşmada komandamız Polşanın "Hussars Poland" kollektivini 5-0 hesabı ilə məğlub edib.

AzVision.az Regional TV-yə istinadən bildirir ki, qarşılaşmanın ilk döyüşündə komandamızın üzvü Murad Rabadanov (52 kq) "Hussars Poland"ın boksçusu Marius Koça qalib gəlib. 60 kq çəkidə təmsilçimizMəhəmmədrəşid Cəbrayılov Mateuş Polski ilə gərgin keçən döyüşdə rəqibini üstələməyi bacarıb. Üçüncü döyüş Kamil Əhmədov (69 kq) vəİreneuş Zakrjevski arasına keçirilib. Bu döyüşdə də "Baku Fires" təmsilçisi rinqdən qalib ayrılıb.

81 kq çəkidə yarışan boksçumuz Avropa çempionu Teymur Məmmədovun rəqibi isə Pyotr Podluçki olub. Boksçumuz rəqibinə heç bir şans verməyərək qalib gəlib. Super ağır çəki dərəcəsində (91+) yarışan idmançımız Arslanbek Mahmudov isə polşalı Arkadiuş Toboreki nokautla məğlub edərək komandamızın 5-0 hesablı qələbəsini rəsmiləşdirib.


Teqlər:





Xəbər lenti