Ramin Musayev Lənkərandakı vəziyyətdən danışdı

Ramin Musayev Lənkərandakı vəziyyətdən danışdı
  09 Fevral 2014    Oxunub:2118
“Lənkəranda vəziyyət yaxşıdır. Hansısa ciddi problem yoxdur”. AzVision.az xəbər verir ki, bu sözləri apasport.az saytına açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.

Premyer Liqanın XX turunda bu gün keçiriləcək “Xəzər Lənkəran” – “Neftçi” oyunu öncəsi bakılıların meydana çıxmayacağı barədə xəbərlər yayılıb. Buna səbəb isə paytaxt təmsilçisinə məxsus avtobusun şüşəsinin sındırılmasıdır. Bundan ehtiyatlanan “Neftçi” rəsmiləri “Böyük oyun”a çıxmaq istəmədiklərini açıqlayıblar.

Musayev isə matçın baş tutacağını bildirib: “Mən az öncə “Neftçi” klubunun prezidenti Sadıq Sadıqovla danışdım. Oyuna çıxacaqlarını dedi. Düzdü, orda hansısa azarkeşlər “Neftçi”nin avtobusunu daş-qalaq, hörmətsizlik edib. Sadıq müəllim dedi ki, azarkeşlər arasındakı münasibətin bu oyuna heç bir dəxli yoxdur. Oyunun baş tutmayacağını kim deyibsə, Sadıq müəllimin ondan xəbəri yoxdur. Ola bilsin hadisə vaxtı “Neftçi” rəsmilərindən kimsə hirsli açıqlama verib. Amma matçın baş tutmayacağı mümkün deyil”.

Qeyd edək ki, “Xəzər Lənkəran” – “Neftçi” oyunu saat 16:00-da başlayacaq.


Teqlər:





Xəbər lenti